IMG-LOGO

Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

30 Mar 2026 11:27 4 baxış
IMG

Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilir ki, buna səbəb Londonun krallığın ərazi sularında olan Rusiya ticarət gəmilərini saxlamağı planlaşdırdığına dair bəyanatları olub.

Bundan başqa, Rusiya Federal Təhlükəsizlik Xidməti səfirliyin ikinci katibi Yanse Van Rensburq Albertus Cerardusun Rusiyada kəşfiyyat və təxribat fəaliyyəti ilə məşğul olduğunu bildirib. Diplomatın akkreditasiyası ləğv edilib və o, 2 həftə ərzində Rusiyanı tərk etməlidir.

Xəbər lenti