IMG-LOGO

Bakıda yanan evdən meyiti tapılan kişi evi qəsdən yandırıb - ARVADI İLƏ MÜBAHİSƏ EDİB-YENİLƏNİB

29 Feb 2024 23:55 178 baxış
IMG

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

***

Saat 15:42

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: lent.az

Xəbər lenti