Yaponiyanın "INPEX" şirkəti onun iştirakı ilə Qazaxıstanda və Azərbaycanda hasil olunan neftin satışında Yaponiya şirkətlərinə üstünlük verməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Yomiuri" nəşri yazır.
Qeyd olunur ki, Hörmüz boğazının blokadası səbəbindən neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlar artır və şirkət Yaponiya üçün tədarük mənbələrini şaxələndirməyə ümid edir. Hazırda Yaponiya neftə olan tələbatının 90 %-dən çoxunu Yaxın Şərq ölkələrindən tədarük hesabına ödəyir.
"INPEX" Qazaxıstanın "Kaşağan" və Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında pay sahibdir. İndiyədək şirkət bu yataqlardan hasil olunan nefti spot tədarüklər çərçivəsində əsasən Avropaya yönləndirirdi. Lakin Yaxın Şərqdəki böhran və Yaponiya bazarında neft çatışmazlığı təhlükəsi səbəbindən şirkət spot tədarüklərin bir hissəsini Yaponiya bazarına yönləndirməyi qərara alıb.