IMG-LOGO

Bolqarıstan qiymət artımı səbəbindən biznesə 100 milyon avro kompensasiya ayıracaq

28 Mar 2026 05:18 3 baxış
IMG

Bolqarıstanın texniki hökuməti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra qiymətlərin artımı səbəbindən biznesə kompensasiya ödəməyə hazır olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, Baş nazir Andrey Qyurov bunu brifinqdə açıqlayıb.

"Qiymət artımlarının qarşısını almaq və əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün müxtəlif sektorlarda sabitliyi təmin edəcək tədbirlər paketi hazırlamışıq", - o deyib.

Baş nazir əlavə edib ki, nəqliyyat şirkətlərinə, eləcə də yol daşımaları və kənd təsərrüfatı sektorlarındakı müəssisələrə prioritet dəstək göstəriləcək.

Bundan əlavə, elektrik enerjisi qiymətlərinin artması səbəbindən kompensasiya nəzərdə tutulur.

Ümumilikdə, biznesə dəstək üçün 100 milyon avro ayrılması planlaşdırılır.

Xəbər lenti