IMG-LOGO

Rubio: Kubada idarəetmə sistemi dəyişdirilməlidir

28 Mar 2026 04:57 2 baxış
IMG

ABŞ administrasiyası hesab edir ki, Kuba iqtisadi cəhətdən inkişaf etmək üçün idarəetmə sistemini dəyişməlidir.

"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu Fransada keçirilən G7 ölkələrinin Xarici İşlər Nazirlərinin görüşünün yekunlarına əsasən bildirib.

"Onların idarəetmə sistemi dəyişməyincə iqtisadiyyat dəyişə bilməz. Hər şey bu qədər sadədir", - o qeyd edib.

Rubionun sözlərinə görə, bu cür dəyişikliklər olmadan Kuba iqtisadi artıma nail ola bilməyəcək.

"Bunu dəyişdirmək üçün rəhbərliyi, ölkənin idarəetmə sistemini və iqtisadi modeli dəyişdirməliyik", - o vurğulayıb.

O, həmçinin bildirib ki, məsələ konkret şəxslərdə deyil, onun fikrincə, "işləməyən" mövcud idarəetmə sistemindədir.

Xəbər lenti