IMG-LOGO

ABŞ və İsrail İranda ağır su zavoduna zərbə endirib

28 Mar 2026 01:26 3 baxış
IMG

ABŞ və İsrail İranın qərbindəki Xondab şəhərində ağır su istehsalı zavoduna zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi yerli hakimiyyət orqanlarının təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

"Xondabdakı ağır su istehsalı kompleksi hücumlara məruz qalıb", - bəyanatda deyilir.

Hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan yoxdur, əhali üçün təhlükə qeydə alınmayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti