IMG-LOGO

Gürcüstanda aralarında azərbaycanlıların da olduğu 41 qanunsuz miqrant saxlanılıb

26 Mar 2026 10:43 4 baxış
IMG

Gürcüstanda qanunsuz yaşayan 41 xarici vətəndaş saxlanılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, əməliyyat tədbirləri paytaxt Tbilisi və Batumi şəhərlərində həyata keçirilib.

Bildirilib ki, saxlanılanlar Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşlarıdır. Onların ölkədə qalma qaydalarını pozduğu təsdiqlənib.

Hazırda saxlanılan şəxslər müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Onların deportasiyası ilə bağlı müvafiq prosedurlar davam etdirilir.

Xəbər lenti