IMG-LOGO

Bir ildə 1207 film izlədi – Dünya rekordçusu oldu

05 Nov 2026 12:59 3 baxış
IMG
60 0

ABŞ-da 60 yaşlı kişi bir il ərzində kinoteatrda 1207 film izləyərək Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya ştatında yaşayan Qlenvud Hoskin 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək demək olar ki, hər gün kinoteatra gedib.

O, gün ərzində orta hesabla 3-4 film izləyib. Bunun üçün əvvəlcədən seansların cədvəlini araşdırıb və səhər saatlarından gecə yarısınadək kinoteatrda vaxt keçirib.

Hoskin ən çox cizgi və komediya filmlərini sevdiyini bildirib. Onun sözlərinə görə, əvvəllər izlədiyi filmlərdəki zarafatlara tamaşaçıların reaksiyasını müşahidə etmək xüsusi zövq verib.

Maraqlısı budur ki, bu qeyri-adi məşğuliyyət ona baha başa gəlməyib. Amerikalı ayda təxminən 28 dollar ödəməklə çoxsaylı filmlərə baxmağa imkan verən “Regal Unlimited” abunəliyindən istifadə edib. Xərclərinə qənaət etmək üçün yeməyini də evdən gətirib.

Bununla da Hoskin bir il ərzində kinoteatrda 777 film izləyən əvvəlki rekordçu Zakariya Svoupun nəticəsini geridə qoyub.

dünya rekordu kino film

Mənbə: lent.az

Xəbər lenti