İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) Buşehr Atom Elektrik Stansiyası (AES) ərazisinə yeni hücum barədə məlumatlandırıb, zərərçəkənlər yoxdur.
"Report"un məlumatına görə, bu barədə AEBA xəbər verib.
"İran AEBA-nı Buşehr Atom Elektrik Stansiyası ərazisinə daha bir raket zərbəsi barədə məlumatlandırıb. İran stansiyaya və ya onun işçilərinə heç bir ziyan dəymədiyini bildirir", - məlumatda deyilir.
AEBA-nın baş direktoru Rafael Qrossi münaqişə kontekstində nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İran martın 18-də də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr Atom Elektrik Stansiyasına düşən mərmi barədə məlumat verib.