Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentin sədri Alen Simonyan jurnalistlərə deyib.
"Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq", - o deyib.
Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, hazırda regionda "müharibə yoxdur, sülh var".
O əlavə edib ki, Ermənistanın indiki hökuməti, "Vətəndaş müqaviləsi" - sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır:
"Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır".