IMG-LOGO

Peskov: ABŞ və İran danışıqlarla bağlı ziddiyyətli bəyanatlarla çıxış edir

24 Mar 2026 14:00 3 baxış
IMG

Kremldə ABŞ və İran arasında təmasların bərpası məsələsi ilə bağlı obyektiv məlumat yoxdur.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bütün tərəflərin (ABŞ və İran - red.) bir sıra ziddiyyətli bəyanatlar səsləndirdiklərini qeydə alırıq. Onlar bir-birilərinə ziddirlər. Bununla bağlı vəziyyətin əslində necə olduğunu bilmirik", - mətbuat katibi qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti