IMG-LOGO

"Saudi Aramco" Asiya alıcılarına xam neft tədarükünü azaldıb

23 Mar 2026 07:08 5 baxış
IMG

Dünyanın ən böyük neft ixracatçısı olan "Saudi Aramco", ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində Hörmüz boğazından ticarətdə yaranan fasilələr səbəbindən aprel ayı üçün Asiya alıcılarına xam neft tədarükünü azaldıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, gələn ay şirkət Asiyadakı uzunmüddətli müştərilərinə yalnız Yanbu limanından göndərilən "Arab Light" markalı xam nefti tədarük etmək niyyətindədir.

Mənbələrə görə, qərar mürəkkəb logistika və qlobal neft ticarəti üçün əsas marşrutlardan biri olaraq qalan Hörmüz boğazından keçən təchizat üçün risklərlə əlaqədardır.

Xəbər lenti