IMG-LOGO

Çin "CentiSpace-2" peyklərini kosmosa buraxıb

23 Mar 2026 07:46 3 baxış
IMG

Çin Sarı dənizdəki (Şandun əyaləti, Şərqi Çin) Haiyang kosmodromundan orbitə "CentiSpace-2" peyklər qrupunu buraxıb.

"Report" xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Buraxılış 22 mart bazar günü, Pekin vaxtı ilə saat 23:49-da "Jielong-3" (və ya Smart Dragon-3) raket daşıyıcısı vasitəsilə həyata keçirilib.

"CentiSpace" kosmik gəmiləri aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemləri üçün genişləndirmə xidmətləri göstərmək üçün hazırlanıb.

Xəbər lenti