IMG-LOGO

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-də rejimin dəyişməsinə ehtiyac var

22 Mar 2026 20:03 3 baxış
IMG

ABŞ-də rejimin dəyişməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Ceffris ABŞ-ın İrana qarşı müharibəsini tənqid edərək bildirib.

"Donald Tramp və Respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız müharibəyə başlayıblar. Benzin qiymətləri artır, milyardlarla dollar israf olunur və ölkəmiz getdikcə daha təhlükəli hala gəlir. Amerikada rejim dəyişikliyinə ehtiyacımız var", - Ceffris "X" sosial media hesabında yazıb.

Xəbər lenti