IMG-LOGO

Ağ evdə rəqs böhranı: Yaponiyanın baş naziri sərt reaksiya ilə üzləşdi

22 Mar 2026 10:37 4 baxış
IMG
0 0

Yaponiyanın baş naziri Sanae Takaiçinin Ağ evdə rəqs etdiyi görüntülər həm beynəlxalq səviyyədə, həm də Yaponiyada sərt tənqidlərə səbəb olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Takaiçinin davranışını bir çoxları "gəzən milli rüsvayçılıq" kimi təsvir edib. 

Ağ ev Yaponiyanın baş naziri Sanae Takaiçi və ABŞ prezidenti Donald Trampın dövlət yeməkxanasında çəkilmiş şəkillərini yayımlayıb. Takaiçi rəqs etdiyini göstərən ilk paylaşılan şəkil xüsusi diqqət çəkib. Şəkillər sürətlə yayılıb və sosial mediada ajiotaj yaradıb. 

Şəkillər yayıldıqdan sonra Yaponiyadan reaksiyalar artıb. Bir çox istifadəçi baş nazirin davranışını tənqid edərək bunu "gəzən milli rüsvayçılıq" adlandırıb. Bəzi vətəndaşlar sərt reaksiya verərək "Pearl Harbor və Naqasakini xatırladıqdan sonra necə rəqs edə bilərsən?" deyiblər. 

Mübahisəni alovlandıran digər bir detal əvvəlki görüşdə baş verən dialoq olub. Bir müxbirin "İrana hücum etməzdən əvvəl niyə müttəfiqlərinizə məlumat vermədiniz?" sualına Tramp cavab verib: "Biz sürpriz istəyirdik. Bəs sürprizlərə gəldikdə Yaponiyadan daha yaxşı kim bilir?" 

Tramp həmçinin davam edib: "Niyə mənə Pearl Harbor haqqında danışmadınız?" 

Takaiçinin bu söhbət zamanı susması diqqət çəkib. 

Britaniya "The Guardian" qəzeti bu anlar haqqında məlumat verərək Trampın Yaponiyanı ələ saldığını yazıb. Yaponiya 1941-ci il dekabrın 7-də Havaydakı Pearl-Harbor ABŞ dəniz bazasına qəfil hücum edbi və bu hadisə ABŞ-ın İkinci Dünya Müharibəsinə girməsinə səbəb olub. 

Digər tərəfdən, Takaiçinin cümə axşamı keçirilən iclasdakı çıxışları da tənqidlərə səbəb olub. Baş nazirin Naqasakiyə atom bombası atan ABŞ prezidenti Trampın "dünyaya sülh gətirə biləcək yeganə şəxs" olması barədə açıqlaması Yaponiya ictimai rəyində qəzəblə qarşılanıb. 

Ağ evdən gələn rəqs görüntüləri və sonrakı açıqlamalar Yaponiyada siyasi müzakirələri yenidən alovlandırıb, sosial mediada isə tənqidlər artmaqda davam edir.

Sanae Takaiçi baş nazir Yaponiya Ağ ev rəqs

Xəbər lenti