IMG-LOGO

"Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın 3 idmançısı mübarizəyə start verir

22 Mar 2026 09:05 5 baxış
IMG

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.

"Report" xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.

Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qadınlar arasında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O bu raundda Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş, 1 bürünc medal var.

Xəbər lenti