Kubanın elektroenergetika sistemi mart ayı ərzində üçüncü dəfə tamamilə çöküb.
"Report" xəbər verir ki, bu barədə ölkənin dövlət energetika şirkəti "Telegram" kanalında məlumat yayıb.
"Saat 18:32-də (Bakı vaxtı ilə 22 mart saat 02:32-də - red.) milli elektroenergetika sisteminin tamamilə çökməsi qeydə alınıb", - şirkətin paytaxt bölməsinin paylaşımında qeyd olunub.
Adada bundan əvvəlki tam enerji kəsintisi martın 16-da qeydə alınmışdı. Enerji sisteminin fəaliyyətini bərpa etmək mümkün olsa da, ölkənin müxtəlif bölgələrində elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yaranmışdı. Bundan da əvvəl Kuba energetikasında analoji irimiqyaslı qəza martın 4-də baş vermişdi.