IMG-LOGO

Qətərdə hərbi helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb

22 Mar 2026 05:36 4 baxış
IMG

Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzaya texniki nasazlığı səbəb olub.

"Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub", - qurumun rəsmi bəyanatında qeyd olunub.

Dəqiqləşdirilib ki, hazırda ekipaj üzvlərinin və helikopterin göyərtəsində olan sərnişinlərin tapılması üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Xəbər lenti