Böyük Britaniyanın Müdafiə Nazirliyi İranın Yaxın Şərq ölkələrinə və Hörmüzdəki gəmilərə endirdiyi zərbələri Britaniya və onun müttəfiqlərinin maraqlarına təhdid adlandırıb.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bəyanat Hind okeanındakı Dieqo-Qarsiya adasında ABŞ və Britaniyanın bazasına gecə saatlarında endirilən raket zərbələri fonunda dərc olunub.
"İranın bütün regiona yönələn düşüncəsiz hücumları və Hörmüz boğazı ilə bağlı addımları Britaniyanın maraqlarına və müttəfiqlərinə təhdid yaradır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri və digər hərbi vasitələr regiondakı Britaniya vətəndaşlarının və personalının müdafiəsini davam etdirmək niyyətindədir.