IMG-LOGO

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

21 Mar 2026 14:41 5 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 156 min cüt ayaqqabı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Bu ilin martın 1-nə ölkədə 136,4 min cüt hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 % azdır.

Xəbər lenti