Britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"Buna məhəl qoymayan cənab Starmer (Kir Starmer Böyük Britaniyanın Baş naziri – red.) Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır".- Əraqçi bildirib.
O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.
Qeyd edək ki, Böyük Britaniya ABŞ-yə İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.