IMG-LOGO

İrana hücumlardan sonra yaralanan Amerika əsgərlərinin sayı artıb

20 Mar 2026 22:50 3 baxış
IMG

İranda müharibə başlayandan bəri 232 amerikalı hərbçi yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "ABC News" amerikalı rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu halların əksəriyyəti travmatik beyin xəsarətləridir. Olardan 207 nəfəri xidmətə qayıdıb, 10 nəfər isə "ağır yaralı" hesab olunur.

ABŞ Müdafiə Nazirliyi "ağır yaralı" dedikdə, aldıqları xəsarətlərdən ölmək riski altında olan hərbçilər nəzərdə tutulur.

Xəbər lenti