IMG-LOGO

Ərdoğan: Bölgədəki münaqişələrə çıxış yolu axtarırıq

20 Mar 2026 18:56 4 baxış
IMG

Türkiyə diplomatik yollarla bölgədəki münaqişələrə çıxış yolu axtarır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizedə dövlət xəstəxanasının açılışında deyib.

"Bununla yanaşı, Türkiyəni hazırda yaşanan regional savaşlardan uzaq tutmağa çalışırıq",- Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açılışında iştirak etdiyi xəstəxana 36 min kvadratmetr ərazidə inşa edilib və iki korpusdan ibarətdir. İstifadəyə verilən xəstəxana 100 çarpayı tutumuna malikdir.

Xəbər lenti