Çində naməlum virus aşkarlanıb.
Lent.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Çin əhalisini riskləri azaltmaq üçün tədbirlər görməyə çağırıb.
Bildirilir ki, ölkədə diaqnoz qoyulmamış, tənəffüslə yoluxan xəstəliklərə tutulmuş uşaqlarla dolub-daşır.
Oktyabrın ortalarından etibarən ölkənin şimalında qripə bənzər xəstəliklərin sayı kəskin artıb. Əvvəlcə rəsmi Pekin yoluxma hallarının artmasını Covid-19 karantin məhdudiyyətlərinin aradan qaldırılması və patogenlərin, xüsusən qrip və bakterial infeksiyaların yayılması ilə əlaqələndirirdi.
Ancaq artıq vəziyyət daha da pisləşib. Promed qlobal epidemiyaya nəzarət sisteminin üzvləri uşaqlarda "diaqnozlaşdırılmamış pnevmoniya" epidemiyası barədə xəbərdarlıq edib.
“Bu hesabat aşkar olunmamış pnevmoniyanın geniş yayıldığını göstərir. Bu epidemiyanın nə vaxt başladığı isə tam bəlli deyil”, - ekspertlər deyir.
Pekinin şimal-şərqindəki Liaoninqdə xəstəxanaların daha da dolu olduğu barədə məlumatlar yayılır. Sahil şəhəri Xiamen də oxşar problemlə üzləşib. Bir çox məktəblərdə tədris prosesi ləğv edilib. Çünki həm uşaqlarda, həm də müəllimlərdə sətəlcəm qeydə alınır.