Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.