IMG-LOGO

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımızın yuxuma girmədiyi bir gecə də yox idi

28 Jan 2026 07:14 3 baxış
IMG

25 yaşında olanda anam və qardaşımla yurdumuzdan köçməyə məcbur qalmışdıq. İndi isə oğlumla birlikdə qayıdırıq.

Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Alkərəmova Almaz deyib.

O qeyd edib ki, torpaqları yenidən dirçəldəcəkləri üçün xoşbəxtdir:

"İllərdir, oraların həsrətini çəkirdim, doğma torpaqlarımızın yuxuma girmədiyi bir gecə də yox idi. Cəbrayıl işğaldan azad ediləndən sonra ora getmişdim, indi isə birdəfəlik köç edirik. Buna görə çox sevinirəm. Xoşbəxtəm ki, gedib torpaqlarımızı yenidən dirçəldəcəyik".

Xəbər lenti