IMG-LOGO

Aleksandr Stubb: Avropa müttəfiqləri ABŞ-nin İrana qarşı əməliyyat planlarından xəbərdar edilməyib

17 Mar 2026 08:58 3 baxış
IMG

ABŞ-nin Avropadakı müttəfiqləri İrana qarşı hərbi əməliyyat planlarına əvvəlcədən xəbərdar edilməyiblər, lakin indi Vaşinqton bu məsələ ilə bağlı Paris, London və Berlinlə əlaqə saxlayır.

"Report" xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ilkin əməliyyat müttəfiqlərlə müzakirə olunmayıb, lakin indi Amerika tərəfi əsas Avropa tərəfdaşları ilə məsləhətləşmələr aparır.

"İlkin əməliyyat müttəfiqlərlə müzakirə olunmadı, amma əminəm ki, Prezident Donald Trump indi Böyük Britaniya, Fransa, Almaniya - böyük oyunçularla ünsiyyət qurur", - Stubb deyib.

Finlandiya lideri həmçinin vurğulayıb ki, ABŞ-nin Şimali Atlantika Alyansı (NATO) üzrə müttəfiqləri Trampın bəyanatlarını ciddi qəbul etməlidirlər ki, üzv ölkələr Hörmüz boğazının açılması məsələsində Vaşinqtona dəstək verməsələr, Alyans ciddi problemlərlə üzləşə bilər.

Eyni zamanda, Stubb NATO-nun əvvəlcə müdafiə İttifaqı kimi yaradıldığını vurğulayıb.

"Bu o deməkdir ki, biz 32 ölkəyə hərbi hücumlar həyata keçirə bilmərik. "Soyuq müharibə"dən sonra biz sülhməramlı missiyalarda iştirak etmişik, lakin onlar həmişə beynəlxalq hüquq və BMT Nizamnaməsi baxımından bəraət qazanıblar. İndiki vəziyyət olduqca fərqlidir", - o əlavə edib.

Xəbər lenti