IMG-LOGO

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində rotasiya ilə dəyişiklik edilib

17 Mar 2026 08:58 6 baxış
IMG

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsini Denis Beçiroviç icra etməyə başlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Rəyasət Heyəti məlumat yayıb.

Bildirilib ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Denis Beçiroviç bu vəzifədə növbəti səkkiz ay müddətinə olacaq.

Bundan əvvəl sədr vəzifəsini səkkiz ay müddətinə Jelko Komşiç icra edib.

Qeyd edək ki, Bosniya və Herseqovina Rəyasət Heyəti bosniyalı (boşnak), serb və xorvat olmaqla üç üzvdən ibarətdir. Onların hər biri ölkədəki üç əsas etnik qrupu təmsil edir. Rəyasət heyətinin sədri vəzifəsi isə rotasiya prinsipinə əsaslanır.

Xəbər lenti