IMG-LOGO

Tramp: İran nüvə silahı yaratmaq və tətbiq etmək niyyətindədir

17 Mar 2026 06:18 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran təkcə nüvə silahını inkişaf etdirməyə deyil, həm də istifadə etməyə çalışır.

"Report" xəbər verir ki, o, bunu Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Amerika liderinin sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri olmasaydı, Tehran bir ay ərzində nüvə silahı əldə edə bilərdi.

"Bu bombardmanları istinad nöqtəsi kimi götürsək, bir ay ərzində nüvə silahına sahib olardılar. Bunu əvvəlcə İsrailə, sonra isə Yaxın Şərqə tətbiq edərdilər", - Tramp deyib.

O, ABŞ-nin 22 iyun 2025-ci ildə İranın İsfahan, Natanza və Fordodakı nüvə obyektlərinə vurduğu zərbələri xatırladıb. Trampın fikrincə, bu əməliyyatlar olmasaydı, Tehran Yaxın Şərqi partlatmağa hazır olardı. "Onlar sonra bizim dalımızca gələcəkdilər", - ABŞ Prezidenti deyib.

Bununla yanaşı, İran hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkə nüvə silahı yaratmağa çalışmır.

Bundan əvvəl "Nyu-York Times" xəbər verib ki, Qərbin xüsusi xidmət orqanlarında Tehranın nüvə silahı hazırlaması barədə təsdiqləyən fakt yoxdur. Bundan əlavə, 2003-cü ildən bəri İranda ölkənin keçmiş Ali lideri Əli Xameneinin nüvə silahının istehsalını qadağan edən fətvası var.

Tramp həmçinin ABŞ-nin 2020-ci ildə zərərsizləşdirdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı Qasım Süleymanini "parlaq general" adlandırıb. "O, qəddar, dəhşətli adam idi, amma parlaq general idi", - ABŞ lideri deyib. Trampın sözlərinə görə, Süleymani ABŞ-nin beş hərbi bazasını məhv etməyi planlaşdırırdı. ABŞ Prezidenti həmçinin bildirib ki, İran hakimiyyəti ona bərabər əvəz tapa bilməyib.

Xəbər lenti