ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın Hörmüz boğazında mümkün mina yerləşdirməsi İslam Respublikası üçün "özünəqəsd" olardı.
"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə Con Kennedi ifaçılıq sənəti Mərkəzinin İdarə Heyətinin iclasında bildirib.
Trampın sözlərinə görə, Tehran boğazı minalamaq qərarına gəlsə, bu, İranın özü üçün ciddi fəsadlara səbəb ola bilər. "Əgər onlar bunu etsələr, bu intihar forması olacaq", - ABŞ lideri deyib. Bununla yanaşı ABŞ Prezidenti qeyd edib ki, Vaşinqtonun Hörmüz boğazının minalanması ilə bağlı təsdiqlənmiş məlumatı yoxdur.
Tramp həmçinin bildirib ki, ABŞ-nin hesablamalarına görə, Pentaqon 30-dan çox İran esminsesini məhv edib. "Bildiyimiz qədər, bütün esminesləri məhv etdik", - o deyib.
Bundan əlavə, ABŞ lideri münaqişənin daha da kəskinləşməsi halında Xark adasındakı neft infrastrukturuna zərbələr endirməklə hədələyib.