Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir.
"Report"un ABŞ bürosunun xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Sözçü qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir.
O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir. Qara dəniz taxıl təşəbbüsü hazırlanarkən də səssizlik ən doğru yanaşma olub.
Sözçünün sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksək səviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.
S. Dujarrik vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.