IMG-LOGO

Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib

16 Mar 2026 21:58 3 baxış
IMG

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsindən MOK-a məlumat göndərilib.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Xəbər lenti