IMG-LOGO

Tramp: İranda 7 mindən çox hədəfə zərbə endirilib

16 Mar 2026 20:54 3 baxış
IMG

ABŞ və İsrailin əməliyyatının başlayan gündən (28 fevral - red.) bütün İran boyu 7 mindən çox hədəfə hava zərbələri endirilib.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kennedi Mərkəzinin idarə heyətinin üzvləri ilə naharda bildirib.

"Bunlar əsasən hərbi və kommersiya obyektləri idi. İndi raketlər çox nadir hallarda buraxılır, çünki onların az raketi qalıb. Onlar sözün əsl mənasında məhv ediliblər. Onların hərbi hava qüvvələri artıq mövcud deyil. Onların hərbi dəniz donanması məhv edilib. Hava hücumundan müdafiə sistemi dağıdılıb. Biz onların ballistik raket buraxılışlarını 90%, dron hücumlarının sayını isə 95% azaltmağa nail olduq", - o deyib.

Trampın sözlərinə görə, son bir həftə ərzində döyüş əməliyyatları zamanı İranın 100-dən çox hərbi gəmisi batırılıb və ya məhv edilib: "Bu, bir rekorddur. Zərbələr hər dəqiqə müxtəlif istiqamətlərdən davam edir".

Xəbər lenti