IMG-LOGO

Kerolayn Levitt: Donald Tramp və Si Cinpinin görüşü təxirə salına bilər

16 Mar 2026 18:45 4 baxış
IMG

Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin təxirə salına biləcəyini söyləyib.

"Report" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına bildirib.

K.Levitt qeyd edib ki, görüş təxirə salına bilər:

"Görüşün baş tutmayacağını düşünmürəm, lakin onun təxirə salınması tamamilə mümkündür. Hazırda liderlər səviyyəsində danışıqlar aparılır".

Ağ Evin mətbuat katibi vurğulayıb ki, hər iki lider (Donald Tramp və Si Cinpin – red.) görüşün keçirilməsini çox istəyir:

"Bilirəm ki, Çin sədri Si Cinpin Prezident Trampla Pekində görüşməyi çox istəyirdi və Prezident Tramp da bu səfəri səbirsizliklə gözləyir. Bu, zaman məsələsidir. Əlbəttə, hazırda prezidentin ali baş komandan kimi əsas məsuliyyəti "Epik qəzəb" əməliyyatının uğurunu təmin etməkdir və o, Ağ Evdə gecə-gündüz bununla məşğuldur".

Xatırladaq ki, Trampın Çinə səfəri aprelin əvvəlinə planlaşdırılır.

Xəbər lenti