IMG-LOGO

Yonas Qar Störe: Norveç Hörmüz boğazına hərbi gəmilər göndərmək niyyətində deyil

16 Mar 2026 17:58 5 baxış
IMG

Norveç açıq şəkildə bildirib ki, Hörmüz boğazına nəzarət etmək üçün hərbi gəmilər göndərmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Nəşr ABŞ Prezidenti Donald Trampın "əgər müttəfiqlər ABŞ-yə Hörmüz boğazını açmağa kömək etməsələr, NATO-nu "çox pis" gələcək gözləyir" bəyanatını şərh edən Norveçin Baş naziri Yonas Qar Störenin sözlərini sitat gətirib:

"Norveç gəmiçilik ölkəsi kimi Hörmüz boğazındakı təhlükəsizlikdən narahatdır. Lakin Norveçin hərbi potensialı şimalda təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Trampın dedikləri bir qədər ziddiyyətlidir".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, əgər bu alyansa daxil olan dövlətlər Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyin təmin edilməsində Vaşinqtonu dəstəkləməkdən imtina etsələr, Şimali Atlantika Alyansını "çox pis gələcək" gözləyir.

Xəbər lenti