Ötən il Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 536 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 1,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 % çox) 315 ton (-0,3 %), Türkiyədən 293 min ABŞ dolları dəyərində (-48 %) 195 ton (-48 %), Cənubi Afrikadan 276 min ABŞ dolları dəyərində (+27 %) 91 ton (+25 %), Birləşmiş Tanzaniyadan 259 min ABŞ dolları dəyərində (+65 dəfə) 83 ton (+109 dəfə), İsraildən 217 min ABŞ dolları dəyərində (+8 dəfə) 86 ton (+10 dəfə) avokado alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qvatemaladan tədarük (1,9 min ABŞ dolları dəyərində 0,4 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 832 ton avokadonun 45 %-i Türkiyənin, 38 %-i Perunun payına düşüb.