Bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsi üçün təklif edilir.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.
Belə ki, işə qəbul zamanı tələb olunan sağlamlıq haqqında arayış tibbi göstəriş əsasında olduğu üçün ödənişli olmayıb, profilaktik müayinə olduğu və icbari tibbi sığorta təminatına daxil olmadığı üçün ödənişlidir. Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laboratoriya müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Sağlamlıq haqqında arayışlara terapevt, cerrah, nevropatoloq, oftalmoloq, otorinolaringoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya və qanın ümumi analizi daxildir.
Hesabata əsasən, bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilib.