IMG-LOGO

Britaniya və Fransa səfirləri Bryanska endirilən zərbələrə görə Rusiya XİN-ə çağırılıb

13 Mar 2026 17:25 3 baxış
IMG

Britaniya və Fransa səfirləri Fransa-Britaniya raketləri ilə Bryanska endirilən zərbələrə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd olunur ki, onlardan Ukrayna Silahlı Qüvvələrinin Bryanska hücumu ilə bağlı aydın reaksiya vermələri tələb olunub. Bryansk martın 10-da 7 ədəd "Storm Shadow" raketindən istifadə edilməklə atəşə tutulub, nəticədə 7 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Xəbər lenti