IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Quba" səfərdə "Lənkəran"ı məğlub edib

13 Mar 2026 16:33 2 baxış
IMG

Azərbaycan Basketbol Liqasının XIX turunun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, "Quba" komandası səfərdə "Lənkəran"la üz-üzə gəlib.

Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 94:88.

Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq. Daha əvvəl "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.

Xəbər lenti