IMG-LOGO

Antonio Quterreş İsrail və "Hizbullah"ı atəşkəsə çağırıb

13 Mar 2026 16:33 2 baxış
IMG

BMT-nin Baş katibi Antonio Quterreş İsraili və radikal "Hizbullah" qruplaşmasını döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

"Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, o bunu Beyruta səfərinin əvvəlində bəyan edib.

"Mənim "Hizbullah"a və İsrailə təkidli çağırışım - atəşi, müharibəni dayandırın və Livana müstəqil bir ölkə olmağa imkan verin", - o bəyan edib.

BMT Baş katibi həmçinin qeyd edib ki, silahlanmış qeyri-dövlət qruplaşmalarının dövrü geridə qalmalıdır: "Silahlı qruplaşmaların dövrü keçib. Güclü dövlətlərin zamanı gəlib".

Xəbər lenti