IMG-LOGO

FIBA Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi ilk qələbəsini qazanıb

13 Mar 2026 16:34 2 baxış
IMG

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb - 21:8.

İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Xəbər lenti