ABŞ-nin müharibə naziri Pit Heqset İranın yeni ali lideri Müctəba Xameneinin ilk müraciətini zəif adlandırıb.
"Report" "Sky News"a istinadən xəbər verir ki, o bunu İran liderinin son müraciətini şərh edərkən bildirib.
"Nə səs, nə də videoyazma var idi - bu yazılı bəyanat idi. İranda kamera və diktafon çoxdur. Niyə yazılı bəyanat? Düşünürəm ki, siz səbəbini bilirsiniz", - o qeyd edib.
P.Heqset həmçinin Müctəba Xameneinin yaralandığını bəyan edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verərək, İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edib.