IMG-LOGO

Olimpiya çempionu Alisa Lyuya Oklend şəhərinin rəmzi açarı təqdim olunub

13 Mar 2026 15:33 6 baxış
IMG

İtaliyada keçirilmiş XXV Qış Olimpiya Oyunlarının ikiqat qalibi, amerikalı fiqurlu konkisürən Alisa Lyuya Kaliforniyanın Oklend şəhərinin rəmzi açarı təqdim olunub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə 7 000 insan iştirak edib.

Alisa Lyuya rəmzi açarı Oklend şəhərinin meri Barbara Li təqdim edib.

O, idmançını "doğma şəhərin qəhrəmanı" adlandırıb və Oklendi dünya səhnəsində təmsil etdiyinə görə onu tərifləyib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-22-si aralığında İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilib. Alisiya Lyu fərdi və komanda yarışında qızıl medal qazanıb.

Xəbər lenti