IMG-LOGO

Koşta: Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi onun müharibə resurslarını artırır

13 Mar 2026 15:58 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ABŞ-nin Rusiyanın neft ixracına qarşı sanksiyaların aradan qaldırılması qərarından narahatçılığını ifadə edib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Rusiyanın neft ixracına qarşı sanksiyaların aradan qaldırılması Avropada təhlükəsizliyə təsir göstərir:

"ABŞ-nin Rusiyanın neft ixracına qarşı sanksiyaları ləğv etmək barədə birtərəfli qərarı ciddi narahatlıq doğurur, çünki bu, Avropanın təhlükəsizliyinə təsir göstərir. Rusiyanın ciddi danışıqlara – ədalətli və davamlı sülhə razılıq verməsi üçün ona qarşı iqtisadi təzyiqin gücləndirilməsi həlledici əhəmiyyət daşıyır. Sanksiyaların zəiflədilməsi Rusiyanın müharibə aparmaq üçün resurslarını artırır".

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya martın 12-dək gəmilərə yüklənmiş neft və neft məhsullarını satmağa imkan verən lisenziya verib. Lisenziya martın 12-dən aprelin 12-dək olan müddətdə qüvvədədir.

Xəbər lenti