IMG-LOGO

Qanında kokain tapılan məşhur yenidən test tələb etdi

13 Mar 2026 15:15 3 baxış
IMG
0 0

İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı təhqiqat çərçivəsində saxlanılan "Reynmen" ləqəbli bloqer Yusuf Aktaşın narkotik testi ilə bağlı yaranan qalmaqal yeni detallarla davam edir.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, keçirilən əməliyyat zamanı Aktaşdan alınan qan, saç və dırnaq nümunələrində ilkin olaraq qadağan olunmuş maddələr aşkar edilsə də, bloqer bu nəticələrlə razılaşmayaraq dərhal hüquqi müstəvidə etiraz prosedurlarına başlayıb.

Məsələ ilə bağlı ictimaiyyətə açıqlama verən Yusuf Aktaş, elmi metodlarla aparılacaq müstəqil və təsdiqedici analizlərin həqiqəti üzə çıxaracağına inandığını bildirmişdi. O, rəsmi qurumların qiymətləndirməsini gözləməyin vacibliyini vurğulayaraq, reytinq xatirinə yayılan əsassız xəbərlərə etibar edilməməsini xahiş etmişdi.

Bloqerin tələbi ilə həm Türkiyədə, həm də xaricdə yenidən həyata keçirilən təkrar analizlərin nəticələri artıq məlum olub. Məhkəmə Tibb İnstitutu ilə ekvivalent olan laboratoriyadan aldığı mənfi nəticələri paylaşan Reynmen, günahsızlığının sübut olunduğunu elan edib. Hadisədən sonra video-müraciət yayımlayan Aktaş, bu cür xoşagəlməz bir mövzu ilə gündəmə gəldiyi üçün izləyicilərindən üzr istəyərək, artıq öz həqiqətinin ortaya çıxdığını və bu prosesin geridə qaldığını qeyd edib.

Reynmen rep narkotik

Xəbər lenti