"Azərbaycanda repetitorluq ləğv edilməlidir".
Lent.az xəbər verir ki, bu sözləri APA Tv-də yayımlanan "İmpuls" verilişində təhsil eksperti, jurnalist Məzahir Məmmədli söyləyib.
"Azərbaycanda repetitorluq necə başlayıbsa, elə də bitməlidir. İndiyə qədər 120-yə yaxın 700 bal toplayan abituriyent olub. İndi gəlin, baxaq görək həmin 700 bal toplayan məzunlar harada, nə iş görürlər? Bu gün Dövlət İmtahan Mərkəzinin qurumlarında işləmək istəyənlər ancaq bir məqsədə xidmət edirlər. İmtahan suallarının tərtibatında ümumi təhsil məktəblərində çalışan müəllimlər də iştirak edirlər. Onların da məqsədi öz işlədikləri kursun materiallarına uyğun suallar tərtib etməkdir".
Pedaqoq, repetitor Elza Əkbərova isə həmin fikirlərlə razılaşmadığını, məsələyə bu cür yanaşmanın doğru olmadığını söyləyib.
Sizin brauzer video tagını dəstəkləmir. buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi 9 mart imtahanı Repetitorluq