Azad edilən ərazilərdə 90 min hektarlıq milli park yaradılır.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
O bildirib ki, azad edilən ərazilərdə hidrometeoroloji qurğuların bərpası üçün çaylar üzərində müxtəlif stansiyalar quraşdırılıb:
"Həmçinin azad edilən ərazilərdə mina probleminə görə meşə sahəsinin invertarlaşmasında çətinlik yaranır. Türkiyə təcrübəsindən istifadə edilərək peyk vasitəsi ilə meşə sahəsinin invertarlaşdırılması həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni Milli parkın yaradılması istiqamətində zəruri işlər həyata keçirilir. Bununla əlaqədar, Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə 90 min hektar sahədə yaradılması təklif olunan yeni Milli parkın xəritə-sxemi hazırlanıb. Aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə müvafiq sənədləşdirmə işləri aparılır".