Orta Dəhliz sabitliyin möhkəmləndirilməsi və beynəlxalq ticarət üçün imkanların genişləndirilməsinin mühüm alətinə çevrilib.
"Report"un məlumatına görə, bunu Rumıniyanın Baş nazirinin keçmiş müavini Ana Birçall XIII Qlobal Bakı Forumunda bildirib.
A.Birçallın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas həlqəsinə çevrilib:
"Orta Dəhliz sadəcə infrastruktur layihəsi deyil, sabitlik, diversifikasiya və müstəqillik üçün strateji alətdir ki, bu da regionun qlobal sarsıntılara qarşı dayanıqlılığını təmin edir və beynəlxalq ticarət üçün yeni imkanlar açır".
Onun sözlərinə görə, dəhliz üzrə tranzit həcmi bir il ərzində 150 % artıb, Asiyadan Avropaya daşınma müddəti isə 45 gündən 20 günə enib.