IMG-LOGO

Məhkəmə daim döyülən qadını ərindən boşamadı - "Tərbiyə məqsədilə olar"

13 Mar 2026 12:36 2 baxış
IMG
2 0

Əfqanıstanda məhkəmə əri tərəfindən daim işgəncə görən qadına boşanmağa icazə verməyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mətbuata danışan Fərzanənin sözlərinə görə, əri daim əsəbi olub və tez-tez ona fiziki zorakılıq edib. Bundan əlavə, o, qadını mütəmadi olaraq alçaldır və sağ ayağının sol ayağından bir qədər qısa olduğunu əsas gətirərək onu “əlil” adlandırırmış. Qadın uşaqlarına görə uzun müddət bu zorakılığa dözüb, lakin növbəti dəfə döyüldükdən sonra boşanmaq qərarına gəlib.

Fərzanənin sözlərinə görə, bir dəfə o, ağır xəstələndiyi üçün axşam yeməyi hazırlaya bilməyib. Əri işdən qayıdanda buna görə onu danlayıb.

“Dedi ki, indi sən evdə də işləmirsən? Mən ona xəstə olduğumu dedim, amma o, mobil telefonun şarj kabeli ilə məni döydü. Belimdə və qollarımdakı izlər bir neçə gün qaldı, amma o vaxt ağlıma belə gəlmədi ki, gələcəkdə məhkəmədə kömək edə biləcək şəkillər çəkim”, - qadın deyib.

Məhkəmə iclasında hakim qadını dinlədikdən sonra onu guya başqa bir kişi ilə evlənmək üçün boşanmaq bəhanəsi axtarmaqda ittiham edib. Hakim həmçinin bildirib ki, onun sözlərinə görə, islam kişiyə “tərbiyə məqsədilə” həyat yoldaşını döyməyə icazə verir. Boşanma tələbi rədd edildikdən sonra Fərzanə yenidən ərinin yanına qayıtmalı olub. Qadının sözlərinə görə, bundan sonra əri daha da sərtləşib və ona hətta valideynlərini ziyarət etməyə də icazə vermir.

Hazırda Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi dövründə yeni cinayət məcəlləsi qüvvədədir və bu qanun faktiki olaraq qadınların döyülməsinə icazə verir. Ravadari təşkilatının hüquq müdafiəçisi

Şəhrəzad Əkbər bildirir ki, belə qərarlar artıq adi hala çevrilir və qadınlar ya məişət zorakılığı ilə barışmağa, ya da məhkəmələrə müraciət etməyə məcbur qalırlar. Lakin məhkəmələrdə onları çox vaxt yenidən zorakılıq edən şəxsin yanına qayıtmağa məcbur edir və ya “itaətsizlik”də günahlandırırlar. Onun sözlərinə görə, yeni qanun faktiki olaraq kişilərə “məişət zorakılığı üçün lisenziya” verir, çünki hətta sübut olunmuş sınıqlar və ya yaralar olsa belə, maksimum cəza cəmi 15 gün həbs nəzərdə tutur.

Əfqanistanda qadın azadlığı məhkəmə işləri məhkəmə qərarları boşanmaq şiddət görmək boşanma üçün müraciət

Xəbər lenti