IMG-LOGO

Deputat: "Azərbaycanda süni intellekt əsaslı rəqəmsal inkişaf üçün böyük imkanlar var"

13 Mar 2026 12:30 2 baxış
IMG

Bu gün Azərbaycanın süni intellekt əsaslı rəqəmsal inkişafı üçün çox böyük üstünlüklər və ciddi imkanlar var.

"Report" xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal inkişaf və sosial innovasiyalar uzun müddətdir ki, Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: "Həm dövlət xidmətləri, həm də elektron xidmətlər sahəsində ciddi nailiyyətlərimiz olub. 2024-cü ildən başlayaraq rəqəmsal inkişaf Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyən edilmişdir.

O əlavə edib ki, rəqəmsal inkişaf istiqamətində Azərbaycanın bir sıra strateji üstünlükləri var: "Ən birinci üstünlüyümüz Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyi və strateji sabitliyimizdir. ​İkinci üstünlüyümüz isə qlobal korporasiyalarla əməkdaşlıq təcrübəmizdir. Bizim süni intellekt və texnologiya nəhəngləri ilə işləmək üçün kifayət qədər böyük institusional bazamız var. Xüsusilə neft və enerji sektorunda transmilli şirkətlərlə 30 illik uğurlu əməkdaşlıq təcrübəmiz bu gün rəqəmsal transformasiya sahəsinə də öz müsbət təsirini göstərir. Üçüncü üstünlüyümüz Azərbaycanda olan müsbət investisiya mühitidir. Son 20 il ərzində ölkəmizə yatırılan 350 milyard ABŞ dolları məbləğində sərmayə onun etibarlı tərəfdaş olduğunun əyani sübutudur".

Xəbər lenti